
“Bu şərtlər altında “Kəpəz”ə kömək etməyimiz mümkün deyil”
- 23 Avq 2022 15:00
- 617
Dünən saytımızda stadionu qəzalı olan "Kəpəz"in ev oyunlarını Tovuzda keçirmək istəyi ilə bağlı "Turan Tovuz" rəhbərliyinə müraciət etməsi və "yox" cavabı alması ilə bağlı xəbər getmişdi.
Rekord.az məsələyə mövqe öyrənmək üçün "Turan Tovuz"la əlaqə saxlayıb.
Klubun idman direktoru Nadir Nəbiyev məlumatı təsdiqləyib və səbəbini belə izah edib: "Vaxtı ilə "Kəpəz Premyer Liqada oynayanda canla-başla analoji köməyi etmişik. İmkan daxilində bu gün bacardığımız köməyi etməyə hazırıq. Amma stadion məsələsi elədir ki, vəziyyət həqiqətən yaxşı deyil. Bizim standartlara cavan verən cəmi bir meydançamız var, o da əsas meydançadır. Qalan yardımçı meydançaların ölçüləri kiçikdir. Standarda cavab verən əsas meydançada isə həm əsas, həm də əvəzedici komanda məşq edib, oyunlarını keçirir. Bundan başqa, "Turan Tovuz" U-14-dən üzü yuxarı bütün komandaları da əsas meydançanın imkanlarından yararlanır. Mən sizə gündəlik məşq qrafikini göstərsəm, özünüz də görərsiniz ki, vəziyyət neçədir. Çox böyük sıxlıq var. Bu şərtlər altında "Kəpəz"ə kömək etməyimiz mümkün deyil. Bunun imtina. yaxud "yox" cavabı kimi qəbul olunmasının da qəti əlehinəyəm. Sadəcə, bu şərtlər altında heç cürə kömək edə bilmirik. Təsəvvür edin ki, heç öz komandalarımıza meydança çatmır, bu problemi necə həll etməyi düşünürük".