
Bu komanda yenidən futbol səhnəmizə qayıdır ÖZƏL!
- 03 Mar 2023 11:00
- 2440
Növbəti mövsümdən əvəzediciləri I Diviziondan ayırmağı düşünən AFFA say düzəltmək üçün diviziona yeni komandalar gətirməyi planlaşdırır.
Rekord.az xəbər verir ki, “Region Liqası” komandalarına I Divizionda oynamaq üçün qoyulan 3 (üç) il tələbi də bu səbəbdən böyük ölçüdə götürüləcək.
Saytımıza daxil olan yeni xəbərə görə isə, növbəti mövsüm I Divizionda oynayacaq komandalar sırasında “Bakılı”nın da olacağı gözlənilir. Misir Əbilovun sahibi olduğu məhşur klub artıq AFFA-ya müraciət də edib.