"Karvan"ın baş məşqçisi postunda dəyişiklik olmayacaq.

Rekord.az xəbər verir ki, Kənan Kərimov postuna qalacaq və növbəti mövsümə yeni komanda formalaşdıracaq.

Rəhbərlik onunla yola davam etməyə qərar verib.

Qeyd edək ki, mövsümün əvvəlində çoxları Yevlax təmsilçisini elitaya çıxmasa əsas namizəd sayırdı. Lakin "Karvan" ümidləri doğrultmadı və son turun nəticəsindən asılı olmayaraq, mövsümü 5-ci pillədə bitirəcək.