
Bu komanda çempionatda oynayacaq, amma iddialı olmayacaq
- 31 İyl 2025 11:00
- 271
II Liqadan çempion kimi I Liqaya yüksələn "Şahdağ Qusar" fəaliyyətini davam etdirəcək.
Rekord.az-a daxil olan məlumata görə, komandanın fəaliyyətini dayandırmaq bir bir riski yoxdur.
Daha doğrusu, bu risk aradan qalxıb. AFFA məsələyə əl qoyaraq bu riski aradan qaldırıb. Lakin dəqiq olan odur ki, komanda I Liqada iddialı olmayacaq. Çünki ötən ilki sponsor faktiki komandadan əlini üzüb. "Şahdağ Qusar" yalnız AFFA-dan ayrılacaq 250 min manatla yeni mövsümü yola verəcək.