Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunları bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, A qrupunun "Gəncə" - "Abşeron Lions", B qrupunun "Ordu" - "Quba" matçları saat 14:00-da start götürəcək.


A qrupunun NTD - "Sabah" görüşü saat 18:00-da başlayacaq.


Qeyd edək ki, turun "Şəki" - "Neftçi" qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb. Daha əvvəl "Lənkəran" "Sərhədçi"ni (83:78), "Naxçıvan" "Sumqayıt"ı (116:99) məğlub edib.