Azərbaycan Basketbol Liqasında 7-ci turdan təxirə salınmış matç keçiriləcək.


Rekord.az xəbər verir ki, "Şəki" evdə "Neftçi" ilə qarşılaşacaq.


A qrupunun görüşü Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.


Qeyd edək ki, "Neftçi" qrupda 4-cü, "Şəki" isə 5-ci pillədə yer alıb. Hər iki komandanın 10 xalı var.