
Bu gün 3-cü turun növbəti görüşləri keçiriləcək
- 11:30
- 33
Azərbaycan Basketbol Liqasının 3-cü turunda bu gün növbəti görüşlər keçiriləcək.
Rekord.az xəbər verir ki, "Sabah" Şəki" ilə üz-üzə gələcək.
Qarşılaşmaya saat 14:30-da start verləcək. "Sabah" 4 xalla A qrupunun lideridir. 2 xala malik "Şəki" isə 5-ci yerdə qərarlaşıb.
Günün son matçında "Sumqayıt" "Quba" ilə görüşəcək. Bu matç isə saat 16:30-da başlayacaq. "Quba" B qrupunda 3 xalla 4-cü pillədə yer alıb. 2 xala malik "Sumqayıt" sonuncu - 6-cı yerdədir.
Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.
Turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.