Azərbaycan Basketbol Liqasında bu gün 10-cu tura start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək.


B qrupunda "Sərhədçi" "Sumqayıt"la qarşılaşacaq. Matç "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da start götürəcək.


"Sumqayıt" qrupda 5-ci, "Sərhədçi" isə sonuncu - 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 11 xalı var.