Braziliyalı futbolçu rekord məbləğə MLS klubuna keçdi
- 15:30
- 22
ABŞ-nin "Kanzas Siti" klubu Yunanıstanın "Olimpiakos" komandasının hücumçusu Andre Luiji rekord məbləğə heyətinə qatıb.
Rekord.az xəbər verir ki, 24 yaşlı braziliyalı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.
Transferin məbləği təxminən 15 milyon 500 min avro təşkil edib. Bu, ABŞ təmsilçisinin tarixində rekord göstəricidir.
Əvvəlki rekord Meksikanın "Çivas" klubundan Alan Pulidonun 6 milyon 500 min avroya transfer edilməsi olub. Keçid viza və beynəlxalq transfer sertifikatının rəsmiləşməsindən sonra tam yekunlaşacaq.
Qeyd edək ki, A.Luij 2025/2026 mövsümündə keçirdiyi 30 matçda 7 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 6 milyon avro qiymətləndirir.