
Braziliya millisi DÇ-yə xüsusi formalarla qatılacaq FOTO
- 08 Avq 2022 21:47
- 498
Braziliya millisinin DÇ-2022-də geyinəcəyi formalar ictimaiyyətə təqdim olunub.
Rekord.az-ın məlumatına görə, "pentakampionlar"ın ev dəsti ənənəvi rəngləri özündə əks etdirir. Digər formada isə göy və ağ rəng əsas götürülüb. Hər iki formaya Cənubi Amerika üçün xarakterik yırtıcı sayılan yaquarın xalları xüsusilik verir.
Qeyd edək ki, Braziliya millisi DÇ-2022-də G qrupunda Serbiya, İsveçrə və Kamerunla qarşılaşacaq.