Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.

Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.