
“Böyük Dəbilqə”: Azərbaycan millisinin heyəti açıqlandı
- 07 May 2025 22:00
- 65
Azərbaycanın qadınlardan ibarət cüdo millisinin Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində baş tutacaq yarışda yığma böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) rəqiblərini üstələməyə çalışacaqlar.
Üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.