
Birinci Liqanın iki klubu cərimələndi
- 15:20
- 37
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Qaradağ Lökbatan” – “Difai” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.
“Mingəçevir” – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilib.