
Bir ayağı "Barselona"da
- 12 İyl 2022 21:21
- 420
"Barselona" "Lids"in braziliyalı futbolçusu Rafinyanı heyətinə qatmaq üçün lazım olar məbləği ödəməyə hazırdır.
Rekord.az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
İtaliyalı jurnalist Kataloniya təmsilçisinin 25 yaşlı hücumçu üçün "Lids"ə ümumilikdə 68 milyon avro ödəyəcəyini bildirib.
Xəbərə görə, İngiltərə təmsilçisi bu məbləğlə razıdır və keçidin reallaşmaq ehtimalı olduqca yüksəkdir.