Türkiyənin “Beşiktaş” klubu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə maraqlanır.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin skautları Ağdam təmsilçisinin Marsel “Olimpik”inə (Fransa) qarşı keçirəcəyi oyunda Musa Qurbanlını izləyəcəklər. Onlar yekun hesabatı rəhbərliyə təqdim edəcəklər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Olimpik” (Marsel) – “Qarabağ” matçı fevralın 17-də Fransada baş tutacaq. Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.