Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 qarşılaşma keçirilib.

Türkiyə təmsilçisi “Beşiktaş” evdə sabiq “Qalatasaray”lı Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”unu qəbul edib. Məhsuldar keçən qarşılaşmada meydan sahibləri məğlub olublar.

İlk raundda "Sabah"ı mübarizədən kənarlaşdıran "Çelye" isə öz meydanında AEK-in (Kipr) müqavimətini qıra bilməyib.

Avropa Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

Banik (Çexiya) - Legiya (Polşa) 2:2
Şerif (Moldova) - Utrext (Niderland) 1:3
Levski (Bolqarıstan) - Braqa (Portuqaliya) 0:0
Midtyulland (Danimarka) - Hibernian (Şotlandiya) 1:1
Anderlext (Belçika) - Hakken (İsveç) 1:0
Beşiktaş (Türkiyə) - Şaxtyor (Donetsk, Ukrayn) 2:4
Çelye (Sloveniya) - AEK (Kipr) 1:1
Luqano (İsveçrə) - ÇFR Kluj (Rumıniya) 0:0