"Beşiktaş" İdarə Heyətinin üzvü Umut Tahir Güneş silahlı hücuma məruz qalıb.

Rekord.az xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan rayonunda baş verib.

Klub rəsmisi ofisindən çıxıb avtomobili ilə evinə gedərkən silahlı şəxsin atəşi ilə üzləşib.

Umut Tahir Güneş ayağından yaralanıb. Atəş açan şəxs meşəlik əraziya qaçaraq, hadisə yerindən uzaqlaşıb.