
Bərdədə "Heydər Əliyev ili"nə həsr olunmuş futbol turniri
- 25 Apr 2023 15:43
- 403
Bərdədə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə start verilmişdir.
Rekord.az xəbər verir ki, turnir Bərdə Rayon Gənclər və İdman İdarəsi , Bərdə Ağsaqqallar Şurası və Bərdə Peşə Liseyinin birgə təşkilatçılığı ilə keçirilir.
Turnirin 16/1 mərhələsinin ilk görüşündə Bərdə Peşə Liseyinin Komandası Tabatera Bərdə komandasını 6-3 hesabı ilə məğlub edib.
Peşə Liseyinin qolları :
Verdiyev Hikmət 2
Göyüşzadə Şahin 2
Mənsimov Etibar 1
Axundov Elvin 1
"Tabatera Bərdə" komandasının qolları :
İsmayılov Asif 1
Muradov Samir 1
Səlimov Şaiq 1