Yay fasiləsində "Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, əlcəzairli futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə anlaşıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi ilə 1 mövsümlük müqavilə imzalanıb.


Əlcəzair millisinin də üzvü olan Yassin Benzia 2023-2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.