
Benzemaya bir gündə iki şok: həm zədələndi, həm qarət olundu
- 24 Yan 2022 12:30
- 512
İspaniyanın “Real” klubu ciddi itkiylə üzləşib.
Rekord.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema zədələnib.
Fransalı hücumçu La Liqanın 22-ci turunda “Elçe”yə qarşı keçirilən oyunda (2:2) sıradan çıxıb. Benzemanın bərpa müddəti məlum deyil.
Yeri gəlmişkən, Benzemanın evi də qarət olunub. Hadisə “Real”ın “Elçe”yə qarşı keçirdiyi oyun (2:2) zamanı baş verib. Benzema “Elçe” ilə oyunun start heyətində yer alıb və 58-ci dəqiqədə zədə səbəbindən meydanı tərk edib.
Quldurlar futbolçunun evinə baxçadan girib. Evdən oğurlanan əşyalar haqda məlumat verilmir.