“Bəlkə də, futbolçulardan çox şey istəyirəm” - Ayxan Abbasov
- 17:30
- 30
“Şamaxı” bu gün Misli Premyer Liqasının 17-ci turunda “Qəbələ”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 0:4 hesabı ilə məğlub olan “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov üzücü məğlubiyyət olduğunu bildirib:
“Üzücü məğlubiyyət oldu. Bilirdik ki, çətin olacaq. Çünki fasilədən sonra hər kəs xal qazanmaq istəyir, turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq istəyir. Belə baxsaq, ilk qola kimi heç də pis getmirdik. İlk hissənin sonlarında qol buraxdıq. İkinci hissənin əvvəlində də standart vəziyyətdən fərqləndilər. Dəyişikliklər etdik, buna baxmayaraq, istədiyimiz kimi olmadı. Bu məğlubiyyət bir növ ayılmaq baxımından yaxşı təsir göstərə bilər. Bir çox turlarda özümüzdən böyük baryerlər olur və biz bu baryerləri aşmalıyıq ki, yəni, biz də varıq. Bəlkə də, futbolçulardan çox şey istəyirəm. Amma bu, bizim işimizdir, mübarizə aparmalıyıq, təslim olmamalıyıq, məqsədimizə çatmalıyıq.
Çətindir. Heç demədim ki, itkilərimiz var. Amma bu gün oyuna böyük itkilərlə çıxmışdıq. Qışda güclənməyə ehtiyacımız var idi. Gileylənmirik. Bəlli bir hədəfimiz var. Çalışırıq ki, Premyer Liqada yerimizi qoruyaq”.