Belçikalı futbolçu karyerasını başa vurdu
- 11:41
- 29
"Liverpul"un və Belçika milli komandasının sabiq hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını sonlandırıb.
Rekord.az xəbər verir ki, 31 yaşlı forvard sonuncu dəfə 2024-cü ilin aprelində “Nottingem Forest”in heyətində rəsmi oyuna çıxıb.
O, karyerası ərzində “Lill”, “Volfsburq” və ən çox “Liverpul”da çıxışı ilə yadda qalıb.
2014-2022-ci illərdə “Liverpul”da oynayan Oriqi klubla 6 titul qazanıb.
Futbolçu vida mesajında karyerasını "missiya yerinə yetirildi" sözləri ilə yekunlaşdırıb.