Futbol üzrə Belçika millisinin sabiq yarımmüdafiəçisi Radja Nainqqolan “İnter”dən ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Radja Nainqqolan 2018-ci ildən “İnter”in uğurları üçün çalışırdı. Təcrübəli yarımmüdafiəçi 2019/20 və 2020/21 mövsümlərində “Kalyari”də icarədə oynayıb. Onun karyerasını bundan sonra da məhz sözügedən klubda davam etdirməsi gözlənilir.