
Belçika millisinin üzvü “Leypsiq”də
- 17 İyl 2025 18:00
- 36
“Leypsiq” Niderland təmsilçisi PSV-nin və Belçika millisinin futbolçusu Yohan Bakayoko ilə müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
“Transfermarkt” belçikalı hücumçunun 18 milyon avroya başa gəldiyini bildirib. O, 2024/2025 mövsümündə meydana çıxdığı 46 matçda 12 qol və 3 məhsuldar ötürmə müəllifi olub.