Məşhu sabiq futbolçu Devid Bekhemin sahib olduğu "İnter Mayami" PSJ-nin oyunçusu Lionel Messini transfer etmək istəyir. 

Rekord.az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin kommersiya direktoru Xavyer Asensi "Mundo Deportivo"ya açıqlamasında danışıb. O deyib:

"Messi heç kimlə müqayisə oluna bilməz. O, tam ayrıdır. Biz ABŞ-da hər kəs üçün istinad nöqtəsi olmaq istəyirik. Bu, yaxşı oyunçuları almaq və şoular göstərmək deməkdir. Bunun üçün bizə ən yaxşılar lazımdır. Onlarla müqavilə imzalamaq klubun məqsədidir. Lionel Messi də bizim planlarımızda var, başqaları da. Hər şey Messidən və onun istəklərindən asılıdır. Biz ən yaxşılara imza atmaq istəyirik və Messi tarixin ən yaxşısıdır". 

Qeyd edək ki, Messi ötən ilin yayında "Barselona"dan ayrıldıqdan sonra PSJ ilə 2+1 illik müqavilə imzalayıb.