
Bəhmən Həsənov zavodda işə düzəlib
- 01 Mar 2022 14:00
- 1172
“Rəvan”ın sabiq baş məşqçisi Bəhmən Həsənov özünə yeni iş tapıb.
Rekord.az xəbər verir ki, uzun illərdir futboldan uzaq düşən “Pro” kateqoriyalı mütəxəssis başqa sahəyə üz tutmaq məcburiyyətində qalıb.
O, hazırda Bakıda fəaliyyət göstərən zavodların birində çalışmağa başlayıb.
B.Həsənov 5 ildir ki, peşəkar futbol səhnəsindən kənarda qalıb. Müxtəlif vaxlarda beş dəfə “Rəvan”ın sükanı arxasına keçib. (sportinfo.az)