Sentyabrın 16-da Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Bazel”in səfər planı məlum olub.

Rekord.az xəbər verir ki, İsveçrə nəhəngi oyundan bir gün əvvəl – sentyabrın 15-də, saat 15.40-da paytaxtımıza təşrif buyuracaq.

Təmsilçimizin rəqibi məskunlaşmaq üçün Bakının dəbdəbəli otellərindən sayılan “Hilton”u seçib.

Komandaların oyunöncəsi son məşqinin, eləcə də, baş məşqçilərin mətbuat konfranslarının vaxtı ilə bağlı çərşənbə gününə qədər məlumat veriləcək.