Bayramovun cəzası açıqlandı
- 15:40
- 32
AFFA İntizam Komitəsinin iclası keçirildi
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şimal” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Şimal”ın futbolçusu Nurlan Bayramov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəza alıb, “Şimal” komandası 300 manat cərimə edilib.
“Səbail” – “Baku Sportinq” oyununda “Səbail” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.
“Mingəçevir” – MOİK oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.