“Bayern” futbolçusu Erik Dayerlə müqaviləni yeniləyib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı müdafiəçinin sözləşməsinin 2025-ci ilin yayına qədər uzadılması variantını aktivləşdirib.

Dayer hazırda müqavilə ilə İngiltərə “Tottenhem”inə məxsusdur. Lakin onun londonlularla anlaşması mövsümün sonuna qədərdir. İngiltərə millisinin üzvü azad agent kimi “Bayern”lə 1 illik sözləşmə bağlayıb. Onun yeni müqaviləsi isə yayda qüvvəyə minəcək.

Dayer Almaniya klubunun heyətində 7 oyun keçirib.