“Bayern” qapıçısı Daniel Peretsi digər Bundesliqa kollektivi "Hamburq"a icarəyə yola salıb.


Rekord.az xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.


25 yaşlı qolkiperin icarə müddəti 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.


İsralli Daniel Perets 2023-cü ildə "Makkabi"dən (Tel-Əviv) "Bayern”ə transfer olunub. Lakin o, Münhen klubunun heyətində cəmi 7 oyun keçirə bilib.