"Bayern" baş məşqçi Tomas Tuxelin cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Münhen təmsilçisi alman mütəxəssislə 30 iyun 2025-ci ildə başa çatması nəzərdə tutulan əməkdaşlığa xitam vermək qərarına gəliblər. Tuxel bu mövsümün sonunda komandanı tərk edəcək.

Tuxel 2023-cü ilin martından “Bayern”i çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümündə Bundesliqanın qalibi olub.

Hazırda "Bayern" Bundesliqanın 22 turundan sonra lider "Bayer"dən 8 xal geri qalaraq, 2-ci pillədə qərarlaşır.