Almaniya çempionatının 2-ci turunun "Auqsburq"la oyununda (1:2) xəsarət alan "Bayer"in rusiyalı qapıçısı Andrey Lunyovun zədəsi ciddidir. 

Rekord.az xəbər verir ki, bu barədə Leverkuzen klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Lunyov yerə yıxarkən sağ budunun vətərini zədələyib. 30 yaşlı futbolçu 6 həftə yaşıl meydandan uzaq qalacaq.

Xatırladaq ki, Lunyov ötən ilin iyulunda azad agent kimi "Bayer"ə keçib. O, iki illik müqavilə imzalayıb. Ümumilikdə qolkiper bütün yarışlarda “əczaçılar”ın heyətində iki oyun keçirib, iki qol buraxıb.