
“Bayer”də yeni müqavilə
- 04 Avq 2025 20:30
- 44
"Bayer" futbolçusu Patrik Şiklə müqaviləni uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çexiya millisinin hücumçusu ilə 2030-cu ilə qədər yeni müqavilə imzalanıb. Şikin "Bayer"lə əvvəlki müqaviləsi 2027-ci ilə qədər idi.
Ötən mövsüm 29 yaşlı qolkiper Bundesliqada 31 matçda 21 qol vuraraq çempionatın 2-ci bombardiri olub.