
“Bayer”də yeni hücumçu
- 15:41
- 40
"Bayer" heyətinə yeni oyunçu cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mançester Siti"dən Farid Alfa-Ruprext Leverkuzen təmsilçisinə keçib. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Almaniyalı futbolçu 2022-ci ildə "Hamburq"dan "Mançester Siti"yə keçib. O, "şəhərlilər"in U-18 komandasında çıxış edirdi.