
"Bayer" Diabiyə 100 milyon qiymət qoydu
- 08 Mar 2022 15:20
- 495
"Bayer" İngiltərə "Nyukasl"ının hədəfində olan Musa Diabinin transfer dəyərini müəyyənləşdirib.
Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi 22 yaşlı hücumçu üçün azı 100 milyon avro tələb edir.
“Nyukasl” hücumçu üçün 60 milyon avro ödəməyə razıdır. “Bayer” isə bu təkliflə razılaşmır.
Diabi bu mövsüm 31 oyunda 15 qol vurub.