"Bavariya"nın İdarə Heyətinin üzvü Oliver Kan Frank Riberinin mümkün transferi haqda danışıb.

Rekord.az xəbər verir ki, Kan "Spox"a açıqlamasında Riberi ilə müqavilə bağlamaq fikrində olmadıqlarını bildirib:

"Frankla çox yaxşı vaxt keçirdik. Çox danışdıq və hətta bir axşam restoranda görüşdük. Ancaq onunla müqavilə bağlamaq barədə düşünmürük" - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, "Bavariya"nın düşərgəsində məşq edən Riberinin Münhen klubunda çıxış edəcəyi haqda xəbərlər yayılmışdı.

Xatırladaq ki, son klubu "Fiorentina" olan 38 yaşlı fransalı yarımmüdafiəçi 2007-2019-cu illər aralığında "Bavariya"da çıxış edib. O, bu klubla 8 dəfə Bundesliqanın, 6 dəfə ölkə kubokunun və 1 dəfə Çempionlar Liqasının qalii olub.