
"Bavariya"dan Bellinqem açıqlaması
- 09 Okt 2022 11:00
- 364
"Bavariya"nın baş direktoru Oliver Kan Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqemin kluba transfer olunacağı barədə yayılan məlumatlara münasibət bildirib:
Rekord.az "Bild"ə istinadən xəbər verir ki. o deyib: “Əlbəttə, Bellinqem mənim üçün əla oyunçudur, lakin biz onun mövqeyində Yosua Kimmix, Leon Qoretzka, Marsel Sabitzer və Rayan Qravenberx ilə yaxşı təchiz olunmuşuq. Buna görə də biz bu barədə ümumiyyətlə, düşünmürük".
Xatırladaq ki, Bellinqhem 2022/23 mövsümündə "Borussiya"nın heyətində yerli çempionatda 8 oyun keçirib, bir qolun ötürməsini verib.