"Bavariya"nın yeni transferi Matteys de Liqtin yeni klubundakı debütü uğurlu alınıb.

Rekord.az xəbər verir ki, niderlandlı müdafiəçi MLS təmsilçisi "DC Yunayted"lə oyunda meydana çıxdıqdan 2 dəqiqə sonra fərqlənib. 45-ci dəqiqədə oyuna daxil olan futbolçu 47-ci dəqiqədə qol vurub.

Qeyd edək ki, sözügedən görüş "Bavariya"nın 6:2 hesablı qələbəsi ilə başa çatıb. 

Xatırladaq ki, de Liqt bu yay "Yuventus"dan Münhen klubuna transfer olub.