
"Bavariya" rəsmisindən növbəti Ronaldo açıqlaması
- 18 İyl 2022 12:30
- 385
"Bavariya"nın idman direktoru Hasan Salihamidziç "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun "Bavariya"ya keçəcəyi ilə bağlı xəbərlər haqda danışıb.
Rekord.az xəbər verir ki, klub funksioneri portuqaliyalı ulduzun gündəmlərində olmadığını deyib:
"Kriştiano Ronaldonun karyerasına və etdiklərinə çox böyük hörmətlə yanaşıram. Amma biz onu transfer etməyəcəyik".
Qeyd edək ki, Kriştiano Ronaldo "Mançester Yunayted"dən ayrılmaq istəyir. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayına kimidir.