
"Bavariya" ondan yaxa qurtarmağa çalışır
- 03 May 2023 20:00
- 378
"Bavariya" Sadio Mane ilə yolları ayırmaq niyyətindədir.
Rekord.az xəbər verir ki, bunun bir neçə səbəbi var.
Birincisi, seneqallı futbolçu Münxen klubunda ona olan ümidləri doğurulda bilmədi. İkincisi, Çempionlar Liqasının "Mançester Siti" ilə matçında komanda yoldaşı Sane ilə dalaşaraq kllubdaxili nizam-intizam qaydalarını kobud şəkildə pozub. Üçüncü bir vacib məqam isə, komandanın yeni baş məşqçisi Tomas Tuxel də gələcək planlarında Maneyə yer görmür.