"Bavariya" ilə "Mançester Siti" arasında oynanılacaq Çempionlar Liqasının cavab 1/4 final matçının hakimləri bəlli olub.

Rekord.az xəbər verir ki, UEFA bu oyunu fransalı hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Kleman Türpendi. Onun köməkçiləri Nikolya Dano və Benjamen Pajes olacaq. Dördüncü hakim isə Jeremi Pinyar olacaq.