Almaniya çempionu “Bavariya”nın futbolçusu Robert Levandovski əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Polşa yığmasının üzvü Bundesliqanın 17-ci turunun “Volfsburq”la matçından (2:0) sonra cərrah bıçağı altına uzanıb. Buna onun qasıq nahiyəsindəki problemlərdən əziyyət çəkməsi səbəb olub.

Levandovskinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Onun qış fasiləsindən sonrakı oyunlara qədər sıraya dönməsi ehtimal olunur.