
“Bavariya” bu yay transferlərə böyük pul xərcləməyəcək
- 03 Mar 2023 11:30
- 363
“Bavariya” rəhbərliyi yay transfer pəncərəsində böyük pullar xərcləmək niyyətində deyil.
Rekord.az Almaniya mətbuatına istindən xəbər verir ki, əsas hədəf hazırkı heyəti qoruyub-saxlamaq və daha da yaxşı oynamasını təmin etməkdir.
Bununla belə, hansısa gənc, istedadlı futbolçunun heyətə cəlb olunması istisna edilmir.