Frankfurt "Ayntraxt"ının hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanının "Abha" klubu ilə müqavilə imzalayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu komandaya azad agent statusu ilə qoşulub.

Batşuayi 2025-ci ilin fevralından Almaniyanın "Ayntraxt" klubunda çıxış edib və keçirdiyi 21 matçda 4 qol vurub.

Batşuayi karyerası ərzində Türkiyənin "Qalatasaray", "Fənərbağça", "Beşiktaş", İngiltərənin "Çelsi", "Kristal Pelas", İspaniyanın "Valensiya", Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Olimpik” (Marsel) və Belçikanın "Standard" komandalarının da formasını geyinib.