
Bask yenidən “Neftçi”yə qayıda bilər
- 06 May 2022 12:00
- 622
Ötən ilin yayında "Neftçi"yə keçən və qış fasiləsində Bakı təmsilçisindən ayrılaraq Fransanın "Şatoru" klubu ilə 3 illik müqavilə bağlayan Romen Bask yenidən ağ-qara formanı geyinə bilər.
Rekord.az xəbər verir ki, bakılılar fransalı oyunçu ilə əlaqə saxlayıb.
O, "Neftçi" rəsmiləri ilə telefon danışığı zamanı paytaxt təmsilçisində oynamaqda maraqlı olduğunu deyib. Hazırda "Şatoru" ilə danışıq aparan Bask müqaviləsini qarşılıqlı razılıq əsasında pozulmasına çalışır. (fanat.az)