"Sevilya"nın futbolçusu Jul Kunde karyerasını "Barselona"da yox, "Çelsi"də davam etdirəcək. 

Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta bildirib.

O, deyib: "Kunde ilə müqavilə imzalamayacağıq. Çünki o, "Çelsi"yə keçir".

Qeyd edək ki, 23 yaşlı müdafiəçi 2019-cu ildən "Sevilya"da oynayır. "Barselona" bir müddətdir ki, futbolçunu sıralarına qatmağa çalışırdı.