"Barselona"nın zədəli futbolçuları Pedri və Usman Dembele sıraya dönüblər.

Rekord.az xəbər verir ki, zədələrini sağaldan oyunçular komanda ilə məşqlərə də qatılırlar.

Bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb. Onların Kataloniya təmsilçisi “Atletiko” ilə növbəti oyununda iştirak etməsi gözlənilir. Yekun qərarı məşqçilər korpusu verəcək.