"Barselona"nın sabiq futbolçuları Sesk Fabreqas və Luis Suares Kataloniya klubunun düşərgəsindədirlər.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, hazırda klubsuz olan futbolçular formalarından uzaq düşməmək üçün "Barselona" futbolçuları ilə məşq edirlər.

Futbolçulara klub tapana qədər komanda ilə məşq etməyə icazə verilib.

35 yaşlı Fabreqas "Barselona"nın yetirməsidir. 16 yaşında komandadan ayrılaraq London "Arsenal"ına keçən yarımmüdafiəçi 2011-ci ildə "Barselona"ya qayıdıb. 2014-cü ildə Fabreqas “Çelsi”yə, 5 ildən sonra isə “Monako”ya keçib.

35 yaşlı Suares isə 2014-2020-ci illərdə "Barselona"da çıxış edib.