
“Barselona”nın hücumçusu üçün mövsüm başa çatdı
- 14:00
- 40
“Barselona”nın hücumçusu Ferran Torres mövsümün qalan hissəsində iştirak etməyəcək. O, “kor bağırsaq” əməliyyatı keçirib.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi məlumat yayıb.
Torresin sağalması mövsümün sonunadək başa çatmayacaq. Bu səbəbdən, o, La Liqada “Espanyol” (15 may), “Vilyarreal” (18 may) və “Atletik”lə (25 may) keçiriləcək oyunlarda komandaya kömək edə bilməyəcək.
25 yaşlı forvard bu mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edərək 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Hans-Diter Flikin komandası bu gün “Espanyol”a qalib gəlsə, La Liqada çempionluğunu vaxtından əvvəl rəsmiləşdirəcək.