Futbol üzrə Fransa millisinin və İspaniyanın “Barselona” klubunun zədəli futbolçusu Usman Dembelenin durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, Kataloniya klubu AÇ-2020-də iştirak edən Fransa yığmasının düşərgəsinə zədə alan 24 yaşlı oyunçunun əməliyyat olunacağını açıqlayıb.

Onun sağ ayağında yırtıq aşkarlandığı və buna görə yaxın günlərdə əməliyyat ediləcəyi bildirilib. Əməliyyatdan sonra hücumçu təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Dembele Fransanın AÇ-2020 çərçivəsində Macarıstana qarşı keçirilən oyununda zədələnərək meydanı erkən tərk etmək məcburiyyətində qalmışdı. Artıq millinin düşərgəsini tərk edən hücumçu Barselonaya qayıdıb.

Dembele dörd mövsümdür “Barselona”da forma geyinir. Lakin bu müddətdə tez-tez zədələnən fransız futbolçu, artıq üçüncü dəfə əməliyyata məruz qalacaq.